Saakaşvili bu dəfə Hollandiyada görəv aldı

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru bu dəfə sığındığı Hollandiyada yeni görəv alıb.

“RİA Novosti”nin məlumatına görə, qalmaqallı siyastçi Niderland spikerləri Akademiyasında mühazirəçi vəzifəsinə işə düzəlib.

Saakaşvili bununla bağlı özünün feysbuk səhifəsində paylaşdığı statusda mühacirətdə uzun müddət qalmayacağını, oliqarxlara qarşı mübarizənə bərpa edənədək bu işdə işləyəcəyini qeyd edib. Qeyd edək ki, Gürcüstanda Saakaşviliyə qarşı cinayət işi qaldırılıb. O, daha sonra Ukraynadan deportasiya edilib.

 

Bastainfo.com