Əsəd kimyəvi silah tətbiq etdi: yüzlərlə ölü – FOTO

Şərqi Qutadaki Mülki Müdafiə (Ağ Baretliler) qruplarının ictimai media hesablarında paylaşdığı məlumata görə, Əsəd rejimi mühasirə altında saxladığı Şərqi Quta bölgəsinə kimyəvi hücum təşkil edib.

Bəşər Əsəd qoşunlarının Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 100-dən çox insan ölüb. Zəhərli qazla əlaqədar ölənlərin sayının artacağı istisna edilmir.

Məlumatda deyilir ki, Dumaya dünən yenidən güclü hücum başladan rejim, 19 martda da buraya xlor məzmunlu kimyəvi hücum təşkil edib.

Digər tərəfdən, Suriya İnsan Haqları Təşkilatının 4 Aprel tarixində yayımladığı hesabatda, Bəşər Əsəd rejiminin Suriyada vətəndaş müharibəsinin başlamasından bu yana 214, Xan Seyhun qırğınından sonra da 11 dəfə kimyəvi silah hücumu təşkil etdiyini bildirilir.

Heybət Əmrah

bastainfo.com