Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirləcək.

Seçkilərdə 8 prezidentliyə namizəd iştirak edir: İlham Əliyev (YAP sədri, hazırki prezident), Sərdar Cəlaloğlu (Azərbaycan Demikrat Partiyasının sədri), Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı), Hafiz Hacıyev (Müasir Müsvat Partiyasının sədri), Araz Əlizadə (Sosial-Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı), Fərəc Quliyev (Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı), Razi Nurullayev (“Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu), Zahid Oruc (öz təşəbbüsü ilə, Milli Məclisin deputatı).

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçiriləcək. Seçkiləri müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyası və Dairə Seçki Komissiyalarında 890 beynəlxalq (59 ölkə, 60 təşkilatdan), 58 175 yerli müşahidəçi qeydiyyatdan keçib.

Aparıcı müxalifət partiyaları seçkiləri boykot edir.

Bu seçkilərdə ilk dəfə prezident 7 il müddətinə seçiləcək.

 

Amerikanın Səsi