Azərbaycanda daha bir süpürgəçini maşın vurub öldürdü

Sumqayıt şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

Report-un verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.  

Faktla bağlı araşdırma aparılır.