Kozlariç Əli Həsənovu qarayaxma kampaniyasında ittiham etdi

Keçmiş səfir: “Şəxsən mənə qarşı böhtan kampaniyası təşkil etdiniz”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu ona qarşı qarayaxma kampaniyasının təşkilində ittiham edib.

“Beş il öncə siz hökumətin nəzarətində olan KİV-lərdə yalan xəbərlərdən istifadə etməklə şəxsən mənə qarşı böhtan kampaniyası təşkil etdiniz”, – R.Kozlariç Tvitterdə yazıb.

Səfirin bu şərhi Ə.Həsənovun bəyanatından sonra səslənib. Belə ki, aprelin 7-də Ə.Həsənov İnternetdə təhqir kampaniyasını təşkil etməməsi ilə bağlı özünə bəraət qazandırmağa çalışıb.

Son vaxtlar Azərbaycanda və xaricdə adamların çoxu Ə.Həsənovu kütləvi informasiya vasitələrində təhqiramiz, nalayiq polemikanın təşkilində və sövq edilməsində ittiham edirlər.

 

Turan