Müsavat xalqı 11 aprel “seçki oyununda” iştirak etməməyə çağırır

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, İclasda əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlərlə bağlı məlumat verib.

Divan üzvü Elman Fəttah Qəbələ şəhərində Qəbələ, Şəki, Oğuz müsavatçılarının iştirakı ilə keçirilən zona müşavirəsi, oradakı strukturların vəziyyəti  barədə xəbər verib.

İclasda 14 aprel, saat 15:00-da “Məhsul” stadionunda keçiriləcək müxalifətin birgə mitinqinə hazırlıq məsələləri müzakirə edilib.

Müsavat Partiyası 11 apreldə keçiriləcək “seçki oyununda” iştirak etməməklə bağlı xalqa bir daha müraciət edib.

Cümhuriyyətin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərlə bağlı hazırlıqlar diqqətə çatdırılıb. Bu məqsədlə keçirilən yarış və müsabiqələr müzakirə edilib.

Almaniyada, Ankarada, Tbilisidə və Bakıda keçiriləcək tədbirlər barədə qərarlar qəbul edilib.

Divan iclasında dünyada gedən son siyasi proseslər xüsusi müzakirə edilib.

Sonda cari məsələlərə baxılıb.