Sumqayıtda İlham Əliyevlə bağlı tədbirdə adamları zorla saxlayıblar

Dünən Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayının qabağında «İlhamla irəli» şüarı ilə təbliğat-təşviqat kampaniyası çərçivəsində konsertdə rəzalət olub.

Azadlıq.infonun məlumatına görə tədbirə məcburən büdcə təşkilatlarının işçilərin və tələbələr gətirilib. Konsertdə çıxış edən müğənnilərə baxmağa gələn sadə adamlar sonradan konsertin gedişatında ərazidən çıxmaq istədikdə ətrafı hər tərəfdən mühasirəyə alan polislər və icra hakimiyyətinin işçiləri yolları bağlayıblar. Hətta tədbirə körpə uşaqlarla birgə gətirilən insanları belə konsertin sonuna qədər ərazidən buraxmayıblar.

Polislər və icranın işçiləri yapçılar yalandan insanları keçdikləri yerdən deyiblər ki, burdan olmaz o biri yerdən çıxın. O biri yerə gedənləri isə dolayaraq deyiblər ki, başqa yerdən çıxın.

Konsertdən çıxmaq istəyən insanlarla polislər arasında insidentlər də yaşanıb.

“Məcburən insanları sarayın qabağında saxlayıblar. Konsert qurtaranacan hətta ayaqyoluna da buraxmayıblar. Konsertə baxmağa gələnləri manesiz buraxıblar, amma çıxmaq istəyənləri hər vəchlə buraxmayıblar. Etiraz edənlərə isə hədə-qorxu gəliblər”, – mənbə bildirib.

Konsert adıyla İlham Əliyevin təbliğatı bir neçə saat çəkİb. Təşkilatçılar tədbirin kütləvi olduğunu göstərməyə çalışıblar. 

Məcburən gətirilən tələbələrə və işçilərə bayraq,lar İlham Əliyevin şəkllərini paylayıblar. Bir qrup insan isə konsertə baxmağa üçün gəldiyi halda, sonradan tədbir yerini tərk edə bilməyib.