AŞPA və ATƏT müşahidəçiləri müxalifət liderləri ilə görüşdü

Bu gün AŞPA və ATƏT müşahidəçiləri müxalifət liderləri ilə görüş keçirib.

Müsavat Partiyasının mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, REAl Partiyasının təmsilçisi Azər Qasımlı iştirak edib.

Müxalifət təmsilçiləri ölkədə seçkiqabağı siyasi mühit, seçki qanunvericiliyi, seçki kampaniyasının gedişi barədə çıxış ediblər.

Məlumata görə görüşdə növbədənkənar seçkilərinin keçirilməsinin fəsadları, söz və ifadə azadlığının məhdudlaşdırılması, siyasi məhbuslar və digər mövzular müzakirə edilib.

Çıxış edənlər beynəlxalq müşahidəçilərin çoxsaylı suallarını cavablandırıb.

 

Bastainfo.com