Büdcə təşkilatlarının əməkdaşları seçki günü qeyri-qanuni olaraq işə çağırılır

Sabah, aprelin 11-i ölkədə seçkilər keçirildiyi üçün qeyri-iş günüdür. Amma müxtəlif mənbələrdən “Basta”ya daxil olan məlumatlara görə, ali və orta təhsil müəssisələri də daxil olmaqla, bütün büdcə təşkilatlarında, o cümlədən Mənzil İstismar Sahələrində çalışan əməkdaşlar qanunsuz olaraq işə çağırılıb. 

Bildirilir ki, içşiləri çağırmaqda məqsəd onları xüsusi maşınlarla məntəqələrə daşıyaraq təkrar səs vermələrini təmin etməkdir.

Bəzi idarələr də isə hətta seçkidən sonrakı qonaqlıqlara hazırlıq gedir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin adının çəkilmısini istəməyən əməkdaşının “Basta”ya verdiyi məlumata görə, aprelin 11-də bu idarədə də hamı işə çağırılıb.

“Deyiblər ki sabah hamı işdə olsun. Axşam saat 8-də isə İlham Əliyevin seçilməsi ilə bağlı İçəri şəhərdəki restoranlardan birində bayram tədbirinə hazırlaşırlar”, – mənbə bildirib.

Qeyri-iş günü olduğu halda insanların işə cəlb edilməsi Əmək Məcəlləsinin kobud pozuntusudur və cinayət məsuliyyəti yaradır. 

 

Bastainfo.com