FBI agentləri Trampın vəkilinin ofisində şəxsi sənədləri ələ keçirdi

Federal Təhqiqatlar Bürosu (FBI) agentləri  New Yorkda Trampın şəxsi vəkili Michael Coheninin ofisində axtarış aparıb.

“Basta” BBC-yə istinadən xəbər verir ki, axtarış prokuror Robert Mullerin əmri ilə həyata keçirilib. Prokuror Robert Muller 2016-cı ildə keçirilən ABŞ prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı mübahisələri  araşdırır.

Axtarış zamanı Cohenin müştəriləri ilə yazışma materialları, xüsusən də pornoaktrisalara köçürülən pullar barədə sənədlər müsadirə olunub. Keçirilən reyddən sonra Cohendən ifadə alınıb.

Michael Cohen 2016-cı il prezident seçkilərindən bir neçə gün öncə pornoaktrisa Stormi Danielsə 130 min dollar ödəməsi barədə məlumat yayılandan sonra diqqət mərkəzində idi.

Məlumata görə ödəmə Melamiya Trampın oğlunu dünyaya gətirdikən az sonra pornoaktrisa ilə Tramp arasında əlaqə yaradılması səbəbiylə həyata keçirilmişdi.

 

Könül Alı

Bastainfo.com