Sky News: Julia Skripal xəstəxanadan çıxdı

Britaniyanın Solsberi şəhərində sinir-paralitik maddə ilə zəhərlənmiş keçmiş rusiyalı casus Serqey Skripalın qızı Yuliya Skripal xəstəxanadan çıxdı.

“Basta” Sky Newsə istinad edərək xəbər verir ki, Yulia Skripal aprelin 9-da xəstəxanadan çıxıb. Həkimlər Yulianın ifadə verəcəyini gözlədiklərini bildiriblər.

“Skripal aprelin 9-da xəstəxanadan çıxarılaraq etibarlı yerə köçürüldü”. Bunu BBC yazır.

Qeyd edək ki, Skripalın zəhərlənməsi ilə bağlı insident martın 4-də Britaniyanın Solsberi şəhərində baş verib. London keçmiş rusiyalı casus və onun  qızının sinir-paralitik maddə ilə zəhərlənməsində birbaşa Moskvanı günahlandırır. Britaniya Baş naziri Theresa May hücuma görə məsuliyyəti Rusiyanın daşıdığını deyib.

Rusiya bu ittihamları rədd edir və Solsberinin Böyük Britaniyanın müdafiə nazirliyinin kimyəvi laboratoriyası yaxınlığında yerləşdiyini xatırladaraq, təxribatın olduğuna eyham vurur.

Bu beynəlxalq skandala görə Britaniya  Rusiyanın əli olması ilə bağlı ittihamlar səsləndirəndən sonra Qərb ölkələri Britaniyayla həmrəylik göstərərək 150-dən çox rusiyalı diplomatı qovublar. Moskva da buna oxşar addımla cavab verib. Britaniyaya qoşulan ABŞ da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Siyahıda Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərdə olan 24 biznesmen və məmurun adı olduğu bildirilir (Олег Дерипаска, Михаил Фридман, Алексей Дюмин, Сергей Фурсенко, Сулейман Керимов, Кирилл  Шамалов, Виктор Вексельберг, Андрей Акимов, Владимир Богданов, Олег Говорун, Владимир Колокольцев, Константин Косачев, Андрей Костин, Алексей Миллер, Николай Патрушев, Владислав Резник, Игорь Ротенберг, Евгений Школов, Андрей Скоч, Александр Торшин, Владимир Устинов, Александр Жаров, Виктор Золотов, Тимур Валиулин).

Bundan başqa Rusiyanın En+, «Ренова», «Русал», «Русские машины», «Рособоронэкспорт», B-Finance və daha səkkiz şirkəti sanksiya siyahısına düşüb. Bu şirkətlərin hesabları dondurulub, onlarla biznes əlaqələrinin qurulması qadağan edilib.

Demək olar ki, sanksyalar öz təsirini göstərdi və dünəndən etibarən Rusiyanın fond birjasına qoyulan kapital 2 triliyon, 700 milyon rubl, yaxud 7 dəfə azaldı. Belə ki, dünyanın 50 ən zəngin rusiyalı iş adamının aktivləri gün ərzində 12 milyarddan aşağı oldu. 2016-cı ildən bəri ilk dəfə EUR kursu rublu keçdi.

 

Könül Alı

Bastainfo.com