Türkiyə lirəsi də dəyər itirməyə başladı

Bazarlar rekordla bağlandı – Avro: 5,10 TL, Dollar: 4,13 TL

ABŞ sanksiyalarından sonra Rusiya rublunun ucuzlaşmasının ardınca Türiyə lirəsi də sürətlə dəyər itirməyə başladı.

Həftənin ikinci günündə dollar və avro ard-ardınca rekord təzələdi. Günə 4,7 lirə ilə başlayan dollar bazar bağlananda 4,13 lirə oldu. Günə 5,7 lirə ilə başlayan avro isə bazar bağlananda 5,10 lirə oldu.

Türkiyə saytları yazır ki, Suriyada kimyəvi silahlardan istifadəyə görə ABŞ-ın cavab verəcəyini açıqlaması ilə  hərbi müdaxilə ehtimalı, geosiyasi narahatlıqlar iqtisadiyyata da təsirsiz ötüşməyib.

Dünən rus rublunun dollar qarşısında təxminən 2 faiz dəyər itirməsi dollar/TL münasibətlərinə də öz təsirini göstərib.

Türkiyə Mərkəzi Bankı (TCMB) valyuta  tenderi elan edib. Bank bazara təcili müdaxilə ehtiyacı duyaraq satışa 150 milyon dollar çıxarıb.

Heybət Əmrah

bastainfo.com