Əhali seçkini boykot etdi

Bu gün, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.

Seçki bülletenlərinə səkkiz namizədin adı daxil edilib: Araz Əlizadə (ASDP), Fərəc Quliyev (MDHP), Hafiz Hacıyev (MMP), İlham Əliyev (YAP), Qüdrət Həsənquliyev (BAXCP), Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu), Sərdar Cəlaloğlu (ADP) və Zahid Oruc (deputat).

Müsavat Partiyası, AXCP, Milli Şura, ReAl, Nida Vətəndaş hərəkatı da daxil olmaqla, müxalifət partiyalarının əksəriyyəti bu seçkini boykot edib.

“Basta” əməkdaşlarının seçki məntəqələrindən verdiyi məlumata görə, seçki məntəqələrində görünməmiş passivlik müşahidə olunur. 

Saat 9-dan 9:30-dək Binəqədi rayonunda 135 saylı məktəbdə yerləşən və 4500 seçicinin seçki siyahısına salındığı 3 müxtəlif seçki məntəqəsinə cəmi 4 qadın məntəqəyə gəlib. Məktəbin qarşısında polis əməkdaşı və müdriyyətin nümayəndəsindən başqa kimsə olmayıb. 

Eyni vəziyyət 8 saylı Binəqədi Seçki Daisrəsinin 6 və 7 saylı məntəqələrində də müşahidə olunub. 1470 seçicisi olan bu məntəqəyə seçicilərin ən böyük axını gözlənilən bir vaxtda – saat 10:30-dan 11:00-dək cəmi 3 seçici gəlib.

Adının çəkilməsini istəməyən müşahidəçilərdən biri bildirib ki, onun izlədiyi məntəqədə səhər saat 8:00-dan 10:00-dək seçki məntəqəsinə cəmi 47 seçici gəlib, amma Məntəqə seçki komissiyasının sədri DSK-ya 220 seçicinin gəldiyi barədə məlumat verib.

Redaksiyaya daxil olan məlumatlarda yalnız Səbail rayonunda seçki məntəqələrinə daha çox adamın gətirildiyi bildirilir.

Qeyd edək ki, bu gün seçkiyə görə ölkədə qeyri iş-günü elan edilməsinə baxmayaraq büdcə təşkilatlarının əməkdaşları, o cümlədən, müəllimlər, həkimlər, neftçilər, süpürgəçilər və s. Əmək Məcəlləsinin tələblərinə zidd olaraq işə çağırılıblar. Onların seçki məntəqələrinə daşınacaqları və hakimiyyətin namizədinə dəfələrlə səs verəcəkləri gözlənilir. 

Əhali seçkini boykot edib

Bakı vaxtı ilə saat 12-yə olan məlumata görə, 2 milyon 93 min 343 nəfər səs verib. Bu, seçicilərin 39.39 faizi deməkdir. Bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Bununla yanaşı, seçkiləri boykot edən müxalif Müsavat Partiyasının mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, MSK-nin məlumatı həqiqəti əks etdirmir.

”Əhalinin böyük hissəsi seçkilərdə iştirak etmir. İnsanlar seçkiyə inanmır və səsəvermədə iştirak etmir. Hökumət nümayəndələri iş günü olmamasına baxmayaraq büdcə təşkilatının işçilərini işə çağırıb və səsvermədə iştiraka sövq edib. Buna baxmayaraq seçici passivliyi müşahidə edirik və əhali seçkini boykot edir”, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli Amerikanın Səsinə deyib.

Bir sıra seçki məntəqələrində qanun pozuntularına yer verildiyinə dair məlumatlar da var.

57 saylı Hacıqabul -Kürdəmir seçki dairəsində müşahidəçi kimi iştirak etmək istəyənlər Meydan TV-yə bildiriblər ki, məntəqə səhər saat 7-də açılıb, ancaq onlara “gedin, 8-dən sonra gələrsiniz”, – deyiblər:

“Bizi içəri buraxmamaq üçün min bir cür bəhanə gətirdilər. Axırda da dedilər ki, bütün müşahidəçilər məntəqəyə gələndən sonra siz də içəri buraxılacaqsınız. Orxan adlı müşahidəçi 8-dən sonra içəri buraxılıb. Sonra da qalanlarına izin verilib. İndi biz nə bilək 1 saat ərzində içəridə nə etdiklərini?”

Sosial şəbəkədə qutuya dəstə ilə bülleten atıldığını əks etdirən videolar da paylaşılıb.

Məntəqəyə gələn bəzi seçicilərin  səs vermədikləri, bülletenin üzərin “Diktatora yox deyək” kimi sözlər yazıb qutuya atdıqları haqqında məlumatlar var.

Bildirilir ki, hakimiyyətin bu seçkidə rəqibi olmasa da, seçki komissiyalarına seçici passivliyinin ört-basdır edilməsi, iştirakçıların sayının 70-80 faiz göstərilməsi barədə tapşırığı verilib.

“İdarədən tələb ediblər”

kağız

BBC

Müxbirimiz Səadət Akifqızı 11 saylı Qaradağ seçki dairəsi, 27 saylı məntəqəsində bu kağıza möhür vurulduğunu görüb.

“Məntəqə-seçki komissiyası bu kağıza möhür vurdu ki, həqiqətən bu adam gəlib seçkidə iştirak edir”, müxbirimiz izah edir.

Məntəqə sədri müxbirimizə deyib ki, burada heç bir problem yoxdur.

Müşahidəçilər: “Biz bilmirik, məntəqə sədri qeydiyyat aparır”

müşahidəçilər

BBC

45 saylı seçki dairəsi, 5 saylı seçki məntəqəsində olan müxbirimiz Səadət Akifqızı deyir ki, müşahidəçilərin qarşısında qeydiyyat üçün ləvazimat yoxdur.

Müşahidəçilər müxbirimizin “nə qədər seçici gəlib?” sualına “Biz bilmirik, məntəqə sədri qeydiyyat aparır” deyə cavab veriblər.

foto

bbc

Namizədlər və seçicilər barədə rəqəmlər nə deyir?

Xəzər rayonunda səsvermə

14 saylı Xəzər rayon seçki dairəsinin 11 saylı seçki məntəqəsində olan müxbirimiz Günel Səfərova orada olduğu zaman seçici görməyib.

Namizəd Zahid Oruc və namizəd İlham Əliyevin müşahidəçiləri bildirib ki, hələlik hansısa problemə rast gəlməyiblər.

Müxbirimiz müşahidəçilərin qeydiyyat üçün dəftər-qələmlərinin olmadığını da deyir.

“Hüquq pozuntusu olmayıb, seçki normal qaydada keçir.. qeydiyyat aparırıq, gələn-gedənlərə nəzarət edirik”, Zahid Orucun nümayəndəsi Əkbərova Təranə müsahibəsində deyib.

qutular

BBC

Səsvermə məntəqəsində nərd?

“Bu məntəqədə 6 müşahidəçi qeydiyyatdan keçib, lakin onlardan yalnız biri- YAP-dan olan müşahidəçi yerində oturub. Digər iki nəfər isə yan otaqda nərd oynayırdı”, müxbirimiz Səadət Akifqızı Xırdalanda 45 saylı dairənin 3 saylı məntəqəsindəki müşahidələrini deyir.

Müxbirimiz onu da deyir ki, müşahidəçilər özlərini təqdim edərkən adlarını və haranı təmsil etdiklərini onlara verilmiş vəsiqələrdən oxuyublar.

nərd

BBC

Müxbirimiz müşahidəçiləri nərd oynayarkən görüb.

Xırdalan: başı kəsilmiş topa bülletenlər?

Müxbirimiz Səadət Akifqızı Xırdalanda 45 saylı dairənin 3 saylı məntəqəsində başı kəsilmiş halda bir topa bülleten görüb.

Məntəqə sədri Aidə Aslanova bunu “seçicilərin çox gəldiyi üçün əvvəldən hazırlandığı” ilə izah edib.

Müxbirimiz deyir ki, onun sualından sonra bu topa bülletenlər götürülüb və seçicilərə yeni bülletenlər verilib.

Bundan başqa, bir seçici barmağına mürəkkəb vurulmasını istəməyib. Məntəqə sədri bildirib ki, belə halda həmin seçiciyə bülleten verilə bilməz.

Xırdalan

BBC

Müxbirimiz deyir ki, onun sualından sonra topa bülletenlər götürülüb və seçicilərə yeni bülletenlər verilib.

Şamaxı qeydiyyatlı qadının Bakıda səsvermək istəməsi

31 saylı Suraxanı seçki dairəsinin 9 saylı seçki məntəqəsində olan müxbirimiz Günel Səfərova Şamaxı rayonu qeydiyyatlı bir qadının səsvermək üzrə olduğunu görüb.

Müxbirimizin sualından sonra məntəqəni tərk edən qadın küçədə gözləyib.

“Müşahidəçilərin heç birinin dəftər qələmi yoxdur”, deyən müxbirimiz qeyd edir ki, müşahidəçilər müsahibə vermək istəməyib, lakin “hələlik heç bir problem olmadığını” deyiblər.

 

Bastainfo.com