Mühacirlər saxta seçkilərə etiraz etdi – Almaniya və Fransada aksiyalar keçirildi

Bu gün Avropanın 4 şəhərində Müsavat Avropa Koordinasiya Mərkəsinin  (Müsavat AKM) təşkilatçılığı ilə aksiyalar keçirilib. Bu haqda “Basta”ya Müsavat AKM-in koordinatorlarından biri Əhməd Cəlaloğlu məlumat verib.

Aksiyalarda Azərbaycanda keçirilən saxta prezident seçkilərinə etiraz bildirilib. Almaniyanın Frankfurt şəhərində keçirilən aksiyada Əhməd Cəlaloğlu, Xeyrulla Balaxanlı və digərləri çıxış ediblər.

Aksiya iştirakçıları “Diktatura rejiminə ar olsun”, “Siyasi məhbuslara azadlıq” və digər şüarlar səsləndiriblər. Aksiyada Azərbaycanın və Müsavat Partiyasının bayraqları, eləcə də Məhəmməd Əmin Rəsulzadənin və siyasi məhbusların şəkilləri qaldırılıb.

 

Bu slaydşou üçün JavaScript lazımdır.

Ilham Hesen adlı şəxsin şəkli.

Ilham Hesen adlı şəxsin şəkli.Ilham Hesen adlı şəxsin şəkli.Ilham Hesen adlı şəxsin şəkli.Ilham Hesen adlı şəxsin şəkli.Ilham Hesen adlı şəxsin şəkli.Ilham Hesen adlı şəxsin şəkli.Ilham Hesen adlı şəxsin şəkli.

Bu gün Fransa Laval şəhərində də Müsavat AKM təşkilatcılığı ilə Azərbaycanda keçirilən saxta seckilərə etiraz nümayiş etdirilib. 

 

Həmçinin bu gün Müsavat AKM-in Bayern Koordinatorluğunun koordinatoru Akif Nağıyevin təşkilatçılığı ilə mühacirlər Almaniyanın Neumarkt şəhərində mitinq keçiriblər.

Almaniya – Neumarkt

Bu gün daha bir kasiya Almaniyanın paytaxtı Berlin şəhərində olub. Siyasi fəal Orduxan Teymurxanın çağırışı ilə keçirilən aksiyada onlarla mühacir iştirak edib. Aksiyada “Diktaturaya son”, “Saxta seçkilərə yox” və digər şüarlar səsləndirilib.

 

Bastainfo.com