Rusiya Suriyadakı kimyəvi hücumun araşdırılmasına dair BMT-nin qətnaməsinə veto qoydu

BMT Təhlükəsizlik Şurasının aprelin 10-da keçirilən iclasında Rusiya Suriyadakı kimyəvi hücumun birgə araşdırılması barədə ABŞ-ın təklif etdiyi qətnamə layihəsinə veto qoyub.

TŞ-nin 12 üzvü sənədin lehinə, Rusiya əleyhinə səs verib, Boliviya və Çin isə bitərəf qalıblar.  

Rusiyanın TŞ-dəki daimi nümayəndəsi Vasili Nebenzya iclasda öz ölkəsinin mövqeyini belə izah edib: “ABŞ indiyə qədər rüsvay olunmuş birgə araşdırma mexanizmini bərpa etməklə, əslində hər hansı sübutu olmadan suveren dövlətə – Suriyaya qarşı hökm çıxartmaq istəyir”.

Qeyd edək ki, aprelin 6-dan başlayaraq Suriya bəşər Əsəd ordusunun kimyəvi silahdan istifadə etməsi nəticəsində onlarla insanın, o cümlədən qadınların və uşaqların həlak olduğu bildirilir.

ABŞ prezidenti Donald Tramp bu hücuma görə Bəşər Əsəd rejimini müdafiə edən Vladimir Putinin, Rusiyanın və İranın məsuliyyət daşıdığını bildirib.

 

Bastainfo.com