Ukraynada Rusiya gəmisi həbs edildi

Ukraynada məhkəmə qərarı ilə Rusiyanın «Trans Services Maritime» şirkətinə məxsus olan yük gəmisi Krım sahillərində həbs edilib.
Bu haqda Ukraynanın Baş prokuroru Yuri Lutsenko özünün feysbuk səhifəsində məlumat yayıb.

O, bildirib ki, Rusiyanın gəmisi Qara dənizin Krım sahillərində qanunsuz olaraq qum yığdığına görə həbs edilib. Həmin qum Kerç körpüsünün tikintisində istifadə olunacaqmış. 

Qeyd edək ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım yarmadasını ilhaq edib.

 

Bastainfo.com