Rusiyanın hərbi helikopteri dənizə düşdü

Baltik dənizində Rusiyanın Ka-29 hərbi helikopteri qəzaya uğrayıb.

“RİA Novosti”-nin müstəqil mənbələrə istinadən verdiyi məlumata görə, helikopterdə iki pilot olub.  Onlardan birinin cəsədi tapılıb. Digər pilotun axtarışları davam edir. 

Rusiya Müdafiə Nazirliyi hələlik məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, hazırda Rusiya donanması Baltik dənizində hərbi təlimlər keçirir. Ka-29 gəmilərə eniş edə bilən hərbi helikopterdir.

 

Bastainfo.com