Rusiya açınca gözün…

Suriyaya hücumdan Moskvanın xəbəri olmayıb

ABŞ Suriyanı vuracağı barədə Rusiyanı xəbərdar etməyib.

Bu haqda ABŞ-ın baş qərargah rəisi Jozef Danford məlumat yayıb. Lakin Amerika ordusu Rusiyanın Suriyadakı hərbi obyektlərini hədəfə almayıb, – Danford bildirib.   

ABŞ müdafiə naziri Jon Mettis isə bildirib ki, zərbə “bir dəfəyə” endirilib və yeni zərbələr planlaşdırılmır.

Raket zərbəsinin endirilməsini əks etdirən video-görüntülərdən məlum olur ki, Suriyanın hərbi obyektləri bir neçə saniyyə ərzində məhv edilib və Rusiyanın buna reaksiya verməyə imkanı olmayıb.

Rusiya Müdafiə nazirliyinin yaydığı son məlumata görə, müttəfiqlər Suriyaya 100-dən çox raket atıblar. İddia olunur ki, Dəməşq ətrafındakı Dumayr şəhərinə atılan 12 raket “ələ keçirilib” (перехвачены). Lakin bu məlumatın həqiqliyinə şübhə yaradan məsələlərdən biri də odur ki, Rusiya Müdafiə Nazirliyi özünün ilk məlumatında Suriyaya 30 raketin atıldığını bildirmişdi.

 

Mustafa Hacıbəyli

Bastainfo.com