SON DƏQİQƏ! ABŞ Suriyanı vurdu – Yenilənir

ABŞ,  Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

“Basta” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ, Fransa və İngiltərənin hava qüvvələri Suriyanın paytaxtı Şam şəhərində yerləşən kimyəvi silah bazalarını vurub.

Əsəd rejiminin şərqi Qutanın Duma bölgəsində ən azı 40 sivilin ölümünə səbəb olan kimyəvi hücumundan sonra ABŞ Suriyadakı hərbi bazalarını vurmaq barədə qərar verdi. Fransa və İngiltərə də ABŞ-a dəstək verdi. Bu əməliyyatın başlaması barədə ilk məlumatı ABŞ prezidenti Tramp televiziya çıxışında bütün dünyaya elan etdi.

TRAMP

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Suriyaya zərbələrin başlaması barədə çıxışı zamanı bildirib ki vəziyyətin bu həddə çatmasına görə Rusiya günahkardır: “2013-cü ildə prezident Putin və onun hökuməti dünyaya vəd edirdilər ki, Suriya kimyəvi silahının ləğvinə zəmanət verirlər. Əsədin bir neçə gün əvvəlki hücumu və bugünkü cavab (ABŞ-ın zərbələri – red.) – Rusiyanın vədinə əməl etməməsinin nəticəsidir. Rusiya qərara gəlməlidir: qaranlıq yolla getməkdə davam edəcək yoxsa bütün sivil ölkələrlə birgə sabitlik və sülhə dəstək olacaq”.

“Bir az əvvəl Suriya diktatoru Bəsər Əsədin kimyəvi silah-sursat bazalarına hava zərbələri endirilməsi ilə bağlı təlimat verdim. Fransa və İngiltərə ilə birlikdə bir ortaq əməliyyat keçiririk. Bu ölkələrə də, təşəkkür edirəm.” -Tramp bildirib.

TEREZA MEY

İngiltərənin Baş naziri Tereza Mey bildirib ki, “Bu qərarı asanlıqla qəbul etmədik. Suriyanı bombalamaqdan başqa çarəmiz qalmadı. Kimyəvi silahın istifadə olunmasının qarşısını almaq üçün başqa alternativimiz yoxdur.  Kimyəvi silah istifadəsini normallaşdırılmasına imkan verə bilmərik.”

PENTAQON

Rusiyaya məlumat verilmədən hava zərbələrinin ilk mərhələsi başa çatdırıldı. Pentagon əməliyyatın keçirilməsinə səbəb olaraq Əsədin kimyəvi silah istifadə etməsinin qarşısı alınması məqsədi ilə olduğunu göstərdi.

 ANTONOV

ABŞ-ın Suriyanı vurmasının ardınca Rusiyadan ilk təpki gəldi. Əməliyyatın başlaması xəbəri gələn kimi Rusiyanın ABŞ-dakı səfiri Antonov, “Bu cür əməliyyatlar cavabsız qalmayacaq.”, dedi.

 ƏSƏD REJİMİNDƏN HAVA HÜCUMUNA REAKSİYA

ABŞ-ın keçirdiyi əməliyyat dünya hüququna ziddir. Şamın Bərzan bölgəsi saldırıya uğrayıb. İlkin məlumata görə 3 nəfər həlak olub. Suriyanın dövlət televiziyası Şamın Bərzan bölgəsində araşdırma mərkəzinin də, vurulduğunu bildirdi. Suriya televiziyasının yaydığı məlumatda hava hücumuna cavab verildiyi, atılan 30 bombadan 10-nun zərərsizləşdiridiyi iddia olunur.

ABŞ-ın Suriya əməliyyatına Türkiyədən dəstək

ABŞ-ın suriyada gerçəkləşdirdiyi hava zərbələrinə Türkiyədən dəstək gəldi: Məmuniyyətlə qatılırıq. 

ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyatı dəstəkləyirik.  Duma hücumuna cavab olaraq həyata keçirilən bu insani davranışı məmuniyyətlə qarşılayırıq. Bu açıqlamanı Türkiyənin Xarici İşlər Nazirliyi verdi.

ABŞ,  Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyatına Putundən reaksiya

Rusiyanın dövlət başçısı Vladimir Putin Sputnik vasitəsi ilə açıqlama yayaraq bildirib: “Bu əməliyyatı sərt şəkildə qınayırıq. Hücum terrorla mübarizədə mücadilə verən bir dövlətə qarşı törədilib. Bu hadisə bütün dövlətlər arasındakı münasibətlərə yıxıcı təsir bağışlayacaq.”

***

Associated Press Suriya dövlət KİV-inə istinadən xəbər verir ki, raket zərbələri nəticəsində 3 nəfər mülki şəxs yaralanıb. Rusiya KİV-ləri 6 nəfərin yaralandığını deyir. Qeyd edilir ki, bu, bəzi raketlərin istiqamətini dəyişmək cəhdi nəticəsində baş verib. Rusiya Kivləri bəzi raketlərin havada məhv olunduğunu edildiyini iddia edir. 

BBC xəbər verir ki, Suriyada kimyəvi silahların hazırlandığı Elmi  Tədqiqatlar İnstitutunun binası da məhv edilib. Bu zərbə nəticəsində heç kim xəsarət almayıb.

 

Könül Alı