BMT-yə Suriya ilə bağlı yeni qətnamə layihəsi təqdim olundu

Suriyaya raket zərbəsindən sonra ABŞ, Fransa və Böyük Britaniya BMT-nin Təhlükəsizlik Şurasına bu ölkədə baş vermiş kimyəvi hücumun araşdırılmasına dair yeni qətnamə layihəsi təqdim ediblər. 

Sənəddə atəşkəsin təmin olunması və bölgəyə humanitar yardımın çatdırılması üçün şərait yaradılması çağırışı ilə yanaşı, Suriya hakimiyyətinin BMT-nin bayrağı altında təklif edilən sülh danışıqlarında konstruktiv mövqe tutması tələb edilir. 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının aprelin 10-da keçirilən iclasında Rusiya Suriyadakı kimyəvi hücumun birgə araşdırılması barədə ABŞ-ın təklif etdiyi qətnamə layihəsinə veto qoyub. Rəsmi Moskva kimyəvi hücumun araşdırılmasına qarşı çıxmaqla, bu hücumun arxasında məhz Rusiyanın durduğuna dair ittihamları gücləndirib. 

 

Bastainfo.com