Dünən gecə Şirvanda polis maşınla adam vurub öldürüb

Mitinqə gələnləri güdən polis maşınla adam vurdu.
Şirvan müsavatçılarının “Basta” ya verdiyi məlumata görə, dünən Müsavat Partiyası və Milli Şuranın birgə mitinqində Şirvandan olan mitinq iştirakçılarının şəklini çəkən Polis Baş Leytinantı, Əməliyyat bölməsinin əməliyyatçısı Qurbanov Bəhruz Tofiq oğlu gecə saat 12 radələrində xidməti maşını ilə piyadanı vurub.
 
Bəhruz Qurbanov qəzanı 90AP868 nömrə nişanlı, Şirvan Polis şöbəsinə məxsus Şevrolet Niva markalı maşınla törədib.
 
Piyada yerindəcə keçinib. Olən adam 1966-cı il təvəllüdlü Şirvanda “Milyoner Camal” kimi tanınan Vəliyev Camal Gülasət oğludur. 
Mitinq iştirakçılarını güdən polis leytinantı mitinqdən sonra “Sərvət” şadlıq sarayında toyda olub, qəzanı içkili vəziyyətdə törədib.
  
 
Könül Alı
Bastainfo.com