Pentaqon: Bütün hədəflər müvəffəqiyyətlə vurulub

ABŞ Müdafiə Nazirliyi dünən Suriyayaya raket hücumu ilə əlaqədar xüsusi brifinq təşkil edib. Dəməşqin və Rusiya Müdafiə Nazirliyinin iddialarını rədd edən nazirlik rəsmisi  bildirib ki, əvvəlcədən nəzərdə tutulmuş bütün hədəflər vurulub,  Suriya hava müdafiəsi kompleksləri  hər hansı raket və təyyarəni zərərsizləşdirə bilməyib.

“Fox News”un  xəbərinə görə, mətbuat konfransını açan Pentaqon sözçüsü Dana Bey deyib ki, Suriyaya göndərilən mərmilər bütün hədəfləri müvəffəqiyyətlə vurub.

 O qeyd edib ki, ABŞ Suriyadakı münaqişənin gərginləşməsində maraqlı deyil, lakin kimyəvi silah istifadə  edilməsi kimi  dəhşətli hüquq pozulmasına yol vermək fikrində deyil.

“Suriyadakı məqsədimiz eynidır – İŞİD-in qarşısını almaq, – o əlavə edib.

“Biz Suriya rejimini dəyişmək üçün cəhd etmirik. Vurduğumuz zərbələr  gələcəkdə  kimyəvi silahlardan istifadənin qarşısını almaq məqsədi daşıyır.” – Uayt qeyd edib.

Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi Suriyanın hava müdafiə sisteminin atılmış 103 raketdən 71-ni vurduğunu bildirib.

Heybət Əmrah

Bastainfo.com