Ağ Ev: “Tramp ABŞ əsgərlərinin Suriyadan tezliklə geri çəkilməsini istəyir”

ABŞ-ın Suriyadakı hədəfləri dəyişmədi.

“Basta” svoboda.orga istinadən yazır ki, Amerika prezidenti Donald Tramp Amerika əsgərlərinin bu ölkəni mümkün qədər tez tərk etməyini istəyir. Bu barədə məlumatı Ağ Evin mətbuat nümayəndəsi Sarah Sanders yayıb.

Sanders bildirib ki, ABŞ qoşunlarının vəzivəsi “terror təşkilatı”nı tamami ilə məhv etmək, onun yenidən yaradılmaması üçün ən ağır şərtlər qoymaqdan ibarətdir.

Sandersin sözlərinə görə Vaşinqton müttəfiqlərindən daha çox hərbi və maliyə dəstəyinə görə məsuliyyət daşıyacağını gözləyir.

Qeyd edək ki, bir neçə vaxt əvvəl Fransa prezidenti Emmanuel Makron Amerika qoşunlarının uzun müddət Suriyanı tərk etməyəcəyinə inandığını bildirmişdi.

Aprel ayının əvvəlində isə Donald Tramp Amerika əsgərlərinin Suriyadan tamami ilə geri çəkiləcəyini desə də, bunu nə vaxt edəcəyini bildirməmişdi.

Xatırladaq ki, Əsəd rejiminin şərqi Qutanın Duma bölgəsində ən azı 40 sivilin ölümünə səbəb olan kimyəvi hücumundan sonra ABŞ Suriyadakı hərbi bazalarını vurmaq barədə qərar verdi. Fransa və İngiltərə də ABŞ-a dəstək verdi. Bu əməliyyatın başlaması barədə ilk məlumatı ABŞ prezidenti Tramp televiziya çıxışında bütün dünyaya elan etdi. Aprelin 14-də həyata keçirilən əməliyyata ABŞ başda olmaqla Fransa və İngiltərə də, qoşuldu. Türkiyə Amerikanın bu həmləsini məmuniyyətlə qarşıladığını bildirdi. 

Hava hücumu nəticəsində Suriyanın kimyəvi silah istehsal edən araşdırma mərkəzləri və hərbi bazaları vurulub.

Rusiya Müdafiə nazirliyinin yaydığı son məlumata görə, müttəfiqlər Suriyaya 100-dən çox raket atıblar. İddia olunur ki, Dəməşq ətrafındakı Dumayr şəhərinə atılan 12 raket “ələ keçirilib” (перехвачены). Lakin bu məlumatın həqiqliyinə şübhə yaradan məsələlərdən biri də odur ki, Rusiya Müdafiə Nazirliyi özünün ilk məlumatında Suriyaya 30 raketin atıldığını bildirmişdi.

 

Könül Alı

Bastainfo.com