Arif Hacılı: “O həm Xocalı, həm də Yerevan qatilidir”

“Serj Sarqisyanın əli dirsəyəcən Azərbaycan və erməni xalqlarının qanına batıb.”

Bu sözləri Müsavat başqanı Arif Hacılı Ermənistan paytaxtında keçmiş prezident Serj Sarkisyana qarşı bu gün səhər saatlarından başlayan etiraz aksiyası zamanı baş verən toqquşmaları şərh edərkən deyib.

Arif Haçılı bildirib ki, “Serj Sarqisyanın əli dirsəyəcən Azərbaycan və erməni xalqlarının qanına batıb. O həm Xocalı, həm də Yerevan qatilidir. Qüney Qafqazda sülh və əminamanlığın baş tutmamasının, xalqların faciələrinin baiskarlarından, burada axan qanların səbəbkarlarından biri də odur.”

“Belə görünür ki, cəzasını alacağı gün çox da uzaqda deyil.” Arif Hacılı əlavə edib.

 

Yazı Arif Hacılının “Facebook” səhifəsindən götürülüb.

 

Bastainfo.com