Futbol: Müsavat vs Real – 6:4, VHP vs Nida – 5:1

Aprelin 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinə həsr edilmiş “Cümhuriyyət -100” mini futbol turnirində yarımfinal oyunları keçirilib.

Bu haqda Müsavat başqanının müavini Fərəc Kərimli məlumat yayıb.

Saat 19:00-da başlayan Müsavat-REAL qarşılaşmasında Müsavat komandası 6:4 hesabı ilə qalib gəlib. Söhbət məşhur Real Madrid klubudan yox, Real partiyasının futbol komandasından gedir.

Saat 20:00-da başlayan günün digər qarşılaşmasında NİDA-VHP komandaları qarşı qarşıya gəlib. Oyun VHP komandasının 5-1 hesablı qalibiyyəti ilə nəticələnib.

“Turnirin yarımfinal oyunlarını meydançada Müsavat başqanı Arif Hacılı və Müsavat rəhbərliyi, REAL Partiyasının rəhbərliyindən Natiq Cəfərli, VHP rəhbərliyinden Felmar Ələkbərov və Samir Əsədli izləyiblər. Turnirin cavab oyunları önümüzdəki həftələrdə keçiriləcək.”, – Fərəc Kərimli bildirib.

Bastainfo.com