Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyəcək

Aprelin 17-də Konstitusiya Məhkəməsinin plenumu prezident seçkilərinin nəticələrini təsdiqləyəcək.

İclas saat 15:00-a təyin edilib. Bu barədə Konstitusiya Məhkəməsindən bildiriblər.

Xatırladaq ki, MSK-nın yekun protokoluna görə, 11 aprel növbədənkənar prezident seçkilərində İlham Əliyev qalib gəlib. O, seçicilərin 86,02%-nin səsini qazanıb.

Protokol aprelin 15-də Konstitusiya Məhkəməsinə göndərilib.

ATƏT DTİHB-nin beynəlxalq müşahidəçi missiyası seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyini bildirib.

Müxalifət qüvvələri seçkilərin nəticələrini tanımadığını bəyan edib.

 

Bastainfo.com