ABŞ ATƏT-in Azərbaycanda seçkiləri ilkin qiymətləndirməsi ilə razıdır

ABŞ Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin qiymətləndirilməsi üzrə ATƏT missiyası ilə razıdır. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Turan-ın Vaşinqtondakı müxbirinin sorğusuna cavab olaraq bildirib.

“Birləşmiş Ştatlar prezident Əliyev və Azərbaycan xalqı ilə bəzi mühüm ikitərəfli və regional məsələlər, o cümlədən insan hüquqlarına və azadlıqlara hörmətin təşviqində, iqtisadi islahatların və çiçəklənmənin dəstəklənməsində, terrorizmə qarşı mübarizədə əməkdaşlığa, həmçinin ATƏT-in Minsk Qrupu ilə fəal əməkdaşlıq vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına ümid edir”, -Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Biz Azərbaycanda seçkilərin müşahidəsi üzrə ATƏT-in ilkin qiymətləndirmə missiyası ilə razıyıq. İlkin hesabatda bəzi çatışmazlıqlar qeydə alınıb. Bura əsas azadlıqların məhdudlaşdırılması, həqiqi rəqabətin olmaması daxildir. Seçki administrasiyası resurslarla təmin edilsə də, DTİHB şəffaflığın olmadığını, çoxsaylı ciddi pozuntuların olduğunu, səsvermə zamanı qutulara topa ilə bülletenlerin atıldığını bildirib. Biz prezident Əliyevi və administrasiyasını bu problemlərin operativ həllinə çağırırıq”, – Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib.

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirlib. Bəzi müxalifət partiyaları seçkilərdə iştirakdan imtina edərək etiraz aksiyaları keçiriblər.

Bu seçkilər 2016-cı ilə konstitusiya referendumundan sonra keçirilən ilk seçkilərdir. Referendum nəticəsində prezidentlik müddəti beş ildən yeddi ilədək artırılıb.

 

Turan