Ermənistanda “məxməri inqilab” elan edildi

Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyan çərşənbə axşamı Erevanın Fransa meydanında bildirib ki, “məxməri, xalq və dinc inqilaba başlayır”.

“Ölkədə inqilabi vəziyyət yetişir. Gümrü, İcevan, Vamadzor, Kapan və Metsamor şəhərlərində etirazçılar küçələri və dövlətlərarası yolları bağlayır. Adamlar işə getmir, kütləvi tətillər başlayıb”, – N.Paşinyan bildirib.

“Turan”ın məlumatına görə, Bu dəqiqələrdə Ermənistan parlamentində xüsusi iclas davam edir. İclasda yeni baş nazir seçiləcək. Yeganə namizəd Ermənistanın keçmiş prezidenti Serj Sarqsyandır.

O, deputatların suallarını cavablandırır. Müxalifət kütləvi yürüş keçirir. Bütün mərkəzi küçələr iflic vəziyyətindədir.

Bu gün yerli vaxtla saat 18:30 Yerevanda növbəti mitinq başlayacaq. Paşinyan deyib ki, bu Ermənistan tarixində ən kütləvi mitinq olacaq.

 

Bastainfo.com