Dövlət Departamenti: “Ermənistanda polisin və etirazçıların məsyuliyyətli davranışı bizi ruhlandırır”

ABŞ dövlət departamenti Ermənistanda davam edən etiraz aksiyalarına münasibət bildirib.

“Yerevanda və Ermənistanın digər şəhərlərində gedən etiraz aksiyalarını diqqətlə izləyirik. Ermənistanın minlərlə vətəndaşı öz iradəsini sərbəst toplaşmaq hüququnu reallaşdırmaq üçün küçələrə çıxıb.  Ötən bir neçə gün ərzində etirazçıların əksəriyyətinin və polisin nümayiş etdirdiyi təmkinli və məsuliyyətli davranış bizi ruhlandırır”, – Dövlət Departameninin bəyanatında deyilir.

“Lakin biz nadir hallarda mitinq iştirakçıları ilə hüquq mühafizə orqanları arasında baş verən toqquşmalara görə narahatıq. Tərəfli təmkinli olmağa, zorakılıqdan yayınmağa çağırırıq” – bəyanatda deyilir.

 

 Bastainfo.com