Sərkisyanı ilk təbrik edən Putin oldu

Serj Sərkisyanı Ermənistanın yeni baş naziri seçilməsi münasibəti ilə Rusiya Prezidenti Vladimir Putin təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə informasiya Kremlin rəsmi saytında yer alıb. Bu, Sərkisyana göndərilən ilk təbrik olub.

Qeyd edək ki, Sərkisyan dünən Ermənistan parlamenti tərəfindən baş nazir seçilib. Onun baş nazir olmasına 93 deputatdan 77-si səs verib.

Sərkisyanın hakimiyyəti yenidən zəbt etməsinə qarşı böyük etiraz aksiyaları başlayıb. Müxalif lider Paşinyan Ermənistanda məxməri inqilab başladığını elan edib.

Etirazçılar bu gün saat 10:00-da bütün Ermənistan ərazisində aksiyalar planlaşdırır.