Prezident Əliyev niyə tələsir

Azərbaycanda proseslər getdikcə sürətlənir və genişlənir. Səsvermə – 11 aprel və inauqurasiya günü – 18 aprel arasındakı müddət prezident İlham Əliyev administrasiyasının tələsik addımlar atdığını göstərir.

Turan Analitika Xidməti yazır ki, Əliyevin 2003-cü ildən etibarən qalib gəldiyi dörd seçkinin tarixinə baxsaq, belə bir mənzərə ortaya çıxır: 2003-cü il seçkiləri ilə inauqurasiya arasında məsafə 17 gün (15-31 oktyabr), 2008-ci ildə 9 gün (15-21 oktyabr), 2013-cü ildə 10 gün (9-19 oktyabr), 2018-ci ildə 7 gün (11-18 aprel) təşkil edib.

Son inauqurasiya prosesinin sürətləndirilməsindən əvvəl konstitusiyaya dəyişikliklər haqqında referendum keçirilib. Həmin dəyişikliklər seçkilər haqqında qərarların qəbulu və həyata keçirilməsi üçün qanunvericilik çərçivələrini müəyyən edib, habelə ali hakimiyyət sisteminə struktur dəyişiklikləri edib, vitse-prezidentlik institunu tətbiq edib, bu, hakimiyyətin Əliyevlər ailəsinin əlində daha çox cəmləşməsinə gətirib çıxarıb.

Və nəhayət, oktyabrdan aprelə keçirilən prezident seçkiləri sürətlənmə prosesinin məntiqi nəticəsi oldu. Seçkilərin təşviqat müddəti də qısa olub və formal olaraq 15 il əvvəl müəyyən edilmiş status-kvo aprelin 11-də məntiqi olaraq rəsmiləşdirilib.

Əliyev inauqurasiya nitqində onun fikrincə uğurlu olan 15 illik idarəetmə dövründən danışsa da, nitqin kadr arxasında qalan ölkənin problemlərini, o cümlədən iqtisadi böhranı və sistem böhranını prezidentin addımlarının sürətləndirilməsi prosesinin əsas səbəbləri kimi qiymətləndirmək olar.

Əliyevin ehtimal olunan islahat addımları mövzusu onun rəqiblərində şübhə doğursa da və sistemdə islahatların mümkünlüyünə onların çox azı inansa da, diqqətə almaq lazımdır ki, 2015-ci ildə Azərbaycanda açıq böhranın başladığı andan etibarən bu ölkədə çox şey dəyişib. Bu gün islahatlar haqqında hakimiyyət rəqiblərindən daha çox danışır. İslahatlar mövzusu inauqurasiya nitqində də sezilirdi və xalq-hakimiyyət birliyi, ÜDM-in artması və yoxsulluğun azalması, vətənpərvərlər və xarici dövlətlərin satqın qulları və s. haqqında mövzularında klişeler siyahısını tamamlayırdı.

Klişeler informasiya nöqteyi-nəzərdən bilikli şəxslərə və sakinlərə çox az şey verir. Onlar yalnız hazırda və orta gələcək müddətdə hakimiyyətin davranış xəttini göstərir. Ondan aydın olur ki, Əliyev sosial-iqtisadi inkişafı, institusional və kadr dəyişikliklərini sürətləndirməyi planlaşdırır, amma, onun sözləri ilə desək, yerlərini “tarixin zibilxanası” olaraq müəyyən etdiyi rəqibləri ilə dialoq qurmağa hazır deyil.

Əliyevin Azərbaycan cəmiyyətinin bir hissəsinə informasiya məkanında getdikcə güclənən bu qeyri-konstruktiv yanaşmasını tədbirli və özünü doğrultmuş passaj kimi qiymətləndirmək olmaz. Tez və ya çox da gec olmadan sürətlənmiş iqtisadi və inzibati islahatlarla paralel olaraq rəqiblərlə qarşılıqlı fəaliyyət məsələsi qaçılmaz olacaq. Çünki üç il əvvəl başlamış qərarların qəbulunun sürətləndirilməsi prosesi özü qarşılıqlı hakimiyyət və hələlik susan xalq hərəkatı prosesini sürətləndirəcək.

 

Bastainfo.com