Ermənistanda kütləvi həbslər

Bir gündə 107 nəfər saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanları keçmiş prezident Serj Sarkisyana qarşı keçirilən etiraz aksiyalarını dağıltmaq qərarına gəlib.

Panarmenian.net xəbər verir ki, bu gün paytaxt Yerevanda 107 etirazçı saxlanılaraq müxtəlif polis bölmələrinə aparılıb.

Ermənistan polisi həmçinin əyalətlərdə aksiya keçirən müxalifətçilərə xəbərdarlıq edib ki, “ictimai əsayişin təmin olunması məqsədilə uyğun tədbirlər həyata keçiriləcək”.

Qeyd edək ki, Ermənistanda parlamentin deputatı Nikol Paşinyanın çağırışı ilə artıq 8-ci gündür ki, etiraz aksiyaları davam edir.

 

Bastainfo.com