Cümhuriyyət – 100: Müsavatda açıq şahmat turnirinə start verildi

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan aşıq şahmat turnirinə start verilib. 

Müsavat Partiyasının təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən turnirin açılış mərasimində Müsabvat İcra Aparatının rəhbəri Gülağa Aslanlı çıxış edib. Turnirin təşkilat komitəsinin sədri Mustafa Hacıbəyli yarış qaydalarını haqda məlumat verdikdən sonra turnirə start verilib.

Yarışda 29 nəfər iştirak edir. Onların arasında bitərəflər, VHP, Real və Müsavat Partiyasının da üzvləri var. İlk turun oyunları artıq baş tutub. Azərbaycan Xalq Cümhuriyyətinin və şahmatın təbliği məqsədilə keçirilən turnirə bir neçə məktəbli də qatılıb.

Bazar günü turnirin ikinci turu keçirələcək.

İkinci turda aşağıdakı şahmatçılar qarşılaşacaq: 

Yarış İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. 

Bu slaydşou üçün JavaScript lazımdır.

 

Bastainfo.com