Bakıda qadın özünü qatarın altına atdı – başı bədənindən ayrıldı

Bu gün “Bakı Metropoliteni”nin “28 May” stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

Bu barədə Unikal.org-a hadisə yerində olan əməkdaşı məlumat verib.

“İçərişəhər – “Həzi Aslanov” istiqamətində hərəkət edən 14 saylı qatar “28 May” stansiyasına daxil olarkən qadın özünü qatarın altına atıb. O, relslərin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. İntihar edən qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Metroda intihar edən qadının kimliyi məlum olub. Oxu.Az-ın məlumatına görə, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, özünü qatarın altına atan qadın Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızıdır.

 

Bastainfo.com