Müsavat 5 rayonda müşavirə keçirdi

Müsavat Partiyası bu gün Gəncədə Müsavatın 5 rayonun təşkilat rəhbərliyinin iştirakı ilə zona müşavirəsi keçirib.

“Basta” ya verilən məlumata görə, toplantıda Gəncə, Samux, Göygöl, Şəmkir və Goranboy rayon təşkilatlarının nümayəndələri iştirak edib.

Müsavat rəhbərliyindən Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, MNTK sədri Sevinc Hüseynovanın qatıldığı toplantıda ölkədəki içtimai-siyasi vəziyyət müzakirə olunub, təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bastainfo.com