Sarkisyan istefa verdi: Yerevanda “Qələbə mitinqi” başladı – Canlı yayım

Ordu xalq tərəfinə keçdi; Xalq etirazlarını təşkil edən Nikol Paşinyan həbsdən azad edildi, “Qələbə nümayişi” təyin olundu, əhalinin təzyiqi qarşısında baş nazir Serj Sarkisyan istefa verdi

***

Ermənistan parlamentinin binası qarşısında izdihamlı mitinq başlayıb. Paytaxt Yerevanda əhali Serj Sarkisyanın istefasını bayram edir.

***

Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Bu haqda Serj Sarkisyan özü bəyanat yayıb – Panarmenian.net xəbər yayıb.

“Mən səhv etmişəm, Paşinyan haqlı imiş xalq mənə qarşıdır. Ona görə də Ermənistanır rəhbəri vəzifəsindən getdiyimi bəyan edirəm” – Serj Sarkisyanın bu bəyanatı Ermənistanın 1-ci kanalında yayımlanıb.

***

Ermənistanda qaynar saatlar davam edir. Son məlumatlara görə artıq bəzi ordu hissələri etirazçıların tərəfinə keçib.  Hazırda yüzlərlə əsgər nümayişçilərlə bir sırada Serj Sərkisyanın istefasını tələb edir.

Xalq etirazlarını təşkil edən deputat Nikol Paşinyan həbsdən azad edilib. Paşinyan deyib ki, ona öz silahdaşları ilə məsləhətləşmək üçün 2 saat vaxt lazımdır. O bildirib ki, 17:30-da Yerevanın mərkəzində “Qələbə nümayişi” olacaq.

 “Reuters”in  xəbərinə görə, paytaxt İrəvanda hərbi formalı yüzlərlə əsgər hökumət əleyhinə etirazlara qatılıb.

Ermənistanda konstitusiya dəyişikliyi ilə iki  prezidentlik müddəti sona çatan, keçən həftə parlamentdə baş nazirliyə gətirilən Sarkisyanın istefası tələb edilir.

Müxalifət iddia edir ki, Baş nazirin səlahiyyətlərini artıran konstitusiya dəyişikliyi Sərkisyanın hakimiyyətinin davam etdirilməsinə xidmət edir.

Qeyd edək ki, Serj Sarkisyan aprelin 17-də  parlamentdə keçirilən səsvermədə Baş Nazir seçilib. Bundan sonra Ermənistanda siyasi vəziyyət gərginləşib. 

Heybət Əmrah

bastainfo.com