KİV: Ceyhun Bayramov təhsil naziri təyin edildi

Ceyhun Bayramov yeni təhsil naziri təyin edilib.

Bu barədə prezidentin rəsmi saytından əvvəl Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yaydı.

Qeyd edək ki, prezident.az saytında bu gün İlham Əliyevin imzaladığı 3 sərəncam təyin edilib. Axşam saat 18:30-a qədər onların arasında təhsil nazirinin təyinatı barədə sərəncam olmayıb. Lakin onlarla sayt nazirliyin mətbuat xidmətinə istinadən bu təyinat barədə xəbər yayıblar.

Ceyhun Əzizoğlu Bayramov 1973-cü ildə Bakıda anadan olub. Bundan öncə o, təhsil nazirinin müavini postunu tutub.

Bastainfo.com