DİN-dən Hüseyn Abdullayevin həbsi ilə bağlı açıqlama

Keçmiş deputat Hüseyn Abdullayev Türkiyədə saxlanılıb və Azərbaycana gətirilib, bu barədə Azərbaycan DİN-in məlumatında deyilir.

Abdullayev İnterpol xətti ilə saxlanılıb, Bakıya gətirilib və Vergilər Nazirliyinin İstintaq İdarəsinə təhvil verilib.

2012-ci ildə Abdullayev barəsində böyük ölçüdə vergidən yayınma (213.2.2) ittihamı ilə cinayət işi açılıb və barəsində axtarış elan edilib.

Xatırladaq ki, Abdullayev bir neçə il əvvəl Almaniyadan siyasi sığınacaq alıb. Azərbaycanda onun çox sayda biznes qurumları var idi, bu qurumlar onun əlindən alınıb.

Abdullayevin hakimiyyətlə münaqişəsi onun bəzi jurnalistləri fəal şəkildə maliyyələşdirərək, hökumətin ünvanına kəskin tənqid dərc etməyə başlamasından sonra başlayıb. Münaqişənin pik nöqtəsi 2007-ci ildə parlamentdə Abdullayevin deputat Fəzail Ağamalı ilə davası oldu, bundan sonra o, deputat mandatından məhrum edildi, bir müddət sonra isə ölkəni tərk etdi.

Xaricdə olarkən o, hakim rejimə qarşı mübarizə çağırışları dərc edirdi.

 

Turan