ATƏT-in DTİHB Seçki Müşahidə Missiyası Arif Hacılıya təşəkkür məktubu yolladı

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu DTİHB Seçki Müşahidə Missiyası Arif Hacılıya təşəkkür məktubu  ünvanlayıb.

 

Hörmətli cənab Hacılı!

Nəzərinizə çatdırırıq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun(DTİHB) Seçki Müşahidə Missiyası(SMM) bu həftənin sonu Azərbaycanda öz missiyasını başa çatdırır.

Missiya adından 2018-ci ilin 11 aprel tarixində keçirilmiş növbədənkənar Prezident seçkilərinin müşahidəsi zamanı göstərdiyiniz əməkdaşlığa və bizim səylərimizə etdiyiniz töhfənizə görə sizə öz təşəkkürümü bildirirəm.

Gələcək peşəkar və şəxsi işlərinizdə sizə uğurlar arzulayıram.

 

Corien Jonker

DTİHB Seçki müşahidə missiyasının rəhbəri

Azərbaycan Respublikası

Növbədənkənar Prezident seşkiləri, 11 aprel 2018-ci il

 

 

Xatırladaq ki, Seçki Müşahidə Missiyası seçkinin effektiv təşkil edildiyini, seçki öncəsi hakimiyyət orqanlarının müşahidəçilərlə açıq oluğunu, lakin seçki günü problemlər yaşandığını bildirib.

Beynəlxalq müşahidəçilər bildirirlər ki, seçki öncəsi ölkə mediasında plüralizm olmayıb.

ATƏT-in Seçki Müşahidə Missiyası 11 aprel növbədənkənar prezident seçkiləri haqda ilkin hesabatını açıqlayandan sonra Seçki Müşahidə Missiyasının rəhbəri Coriean Jonker BBC Azərbaycancaya müsahibə verbib.

Aprelin 12-də ilkin hesabat açıqlanan zaman zalda olan bəzi jurnalistlər mətbuat konfransında qarışıqlıq yaradıb, müşahidəçiləri qərəzli olmaqda ittiham ediblər.

ATƏT-in Seçki Müşahidə Missiyası və digər beynəlxalq müşahidəçilər çərşənbə günü 11 aprel seçkisi ilə bağlı rəyini açıqlayıb. Hesabatda Azərbaycanda prezident seçkisinin “həqiqi rəqabətin olmadığı şəraitdə” keçirilməsi qeyd olunub.

Missiya bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi “hüquq və azadlıqların məhdudlaşdırıldığı mühitdə” baş tutub.

 

Bastainfo.com