Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar

Ermənistanda etiraz aksiyalarının iştirakçıları Gürcüstanla sərhəddə yolu bağlayıblar.

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Nəticədə avtobusların, yük maşınlarının və minik avtomobillərinin Baqrataşen (Ermənistan) – Sadaxlo (Gürcüstan) gömrük-buraxılış məntəqəsində keçidi iflic olub.

Qeyd edək ki, aprelin 22-də, Yerevan polisi Serj Sarkisyanın baş nazir olmasına etiraz edən 228 aksiya iştirakçısını saxlayıb. Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Saxlanılanlar arasında müxalifət lideri Nikol Paşinyan və iki deputat – Ararat Mirzoyan və Sasun Mikaelyan var.

www.oxu.az