Rusiya təsir imkanlarını itirir

Ermənistanda baş verənlərdən sonra bura qədər səsləndirilən “Azərbaycanda demokratikləşməyə ən böyük əngəllərdən biri Rusiya hakimiyyətidir” arqumentinin doğru olmadığını söyləyənlər yumşaq desək tələsir.

Birincisi Ermənistanda növbəti hakimiyyətin formalaşmasını, davranışlarını izləmədən nəsə demək çətindir.
İkincisi 2017 də, Brusseldə Serj Sarkisiyanın Avropa Birliyi ilə müqavilə imzalamasından Rusiyanın Serjə münasibəti dyişmişdi.

Bunlar deyilsə, Rusiya ətrafında son baş verənlərdən sonra Rusiyanın regiona təsir imkanlarının azalmağa başlamasını, yavaş-yavaş təsir imkanlarını itirdiyini demək olar.

Digər tərəfdən mümkündür ki, qərb dairələri hansısa formada birlik və prinsipiallıq göstərən ermənistan xalqının yanında olmasını ciddi və açıq şəkildə ifadə etmiş olsun. 

Bu ehtimalı gücləndirən amillərdən biri kimi Ermənistanda hadisələrin dönüş nöqtəsi hesab olunan Xüsusi Sülhməramlı Ordu Qüvvəllərinin xalqın tərəfinə keçməsini göstərmək olar. (Sülhməramlılar NATO ilə yaxından əməkdaşlıq edən qrupdur) 

Əgər belədirsə, son dövrlər Rusiyaya qarşı həmrəylik göstərən qərb xalqa qarşı zor işlədilməsinə qarşı olubsa, Rusiyanın da əvvəlki kimi öz adamlarını qorumaq imkanı indi azdır deyə bu etirazlar belə nəticələnmiş ola bilər. 
Bunlar hələlik sadəcə ehtimaldı. 

Hər bir halda konkret rəy bildirmək tezdir.

 

Yazı Səxavət Soltanlının “Facebook” səhifəsinən götürülüb.

 

Bastainfo.com