Özünü qatarın altına atan qızın cibindən ŞOK MƏKTUB ÇIXDI

Aprelin 22- də metronun “28 May” stansiyasında baş verən intiharın təfərrüatları ortaya çıxıb. Xəbər verdiyimiz kimi, “İçərişəhər – “Həzi Aslanov” istiqamətində hərəkət edən 14 saylı qatar “28 May” stansiyasına daxil olarkən qadın özünü qatarın altına atıb. O, relslərin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

Oxu24.com Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə istinadən xəbər verir ki, özünü qatarın altına atan qadın Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızıdır.

Məlumatda qeyd edilir ki, qızın üzərində tapılan məktubda intiharın səbəbi məlum olub. Yayılan xəbərə görə ölümündə atasını günahlandırır.

Bugün metroda intihar edən qızın cibindən çıxan kağızda bunlar yazılıb:
“Ölümümdə atamı günahlandırın. Yaşım keçib deyə atamın dostu Fərruxa ərə ged’ bilmərəm. Yaşayan ölü kimi olmaqdansa, ölmək daha yaxşıdı”.