ABŞ səfirliyi Hubert təqaüd proqramını elan edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikada on aylıq qeyri-dərəcəli təhsil və peşə təcrübəsini əldə etməyə imkan verən Hubert H. #Humphrey təqaüd proqramını elan edib.

Hazırda Azərbaycanda yaşayan Azərbaycan vətəndaşı, seçilmiş sahədə 5 illik ardıcıl iş təcrübəsi, əvvəlki tədqiqatlarda güclü akademik təcrübəsi və təhsil boyu əla qiymətləri olan, ingilis dilini mükkəmməl bilən şəxslər müsabiqədə iştirak edə bilər.

Bütün xərclər (təhsil haqqı, səyahət, yaşayış, tibbi sığorta) proqram tərəfindən qarşılanır.

Ərizə verilməsi üçün son tarix iyunun 5-dir.

Müraciət forması ilə bu saytda tanış ola bilərsiniz:
https://iie.embark.com/apply/humphreyfellowship2019

 

Bastainfo.com