Arif Hacılı Serj Sarkisyanın istefasının strateji əhəmiyyətindən danışdı

Arif Hacılı: Ermənistanda Sarkisyanın yaratdığı avtoritar rejimin devrilməsi, bir nəfərin öz hakimiyyətini qeyri-məhdud müddətə uzatması niyyətinin baş tutmaması müsbət hadisədir. 

Dünən Ermənistan müxalifəti Serj Sarkisyanın istefa verməsinə nail olub. Bu məsələyə münasibət Müsavat başqanı Arif Hacılı öz “Facebook” səhifəsində bu fikirləri yazıb.

“Ermənistanda Sarkisyanın yaratdığı avtoritar rejimin devrilməsi, bir nəfərin öz hakimiyyətini qeyri-məhdud müddətə uzatması niyyətinin baş tutmaması müsbət hadisədir. 

Bu hadisənin konkret olaraq Azərbaycana təsirinin müsbət yoxsa mənfi olacağı indi qurulacaq hakimiyyətin mahiyyətindən asılı olacaq. 

Əgər Ermənistanda liberal demokratik dəyərlərə əsaslanan, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan bir hakimiyyət gurulacaqsa bu həm Ermənistanın, həm də regionun xeyrinə olacaq.

Yox, əgər Rusiya vassalı olan hakimiyyəti, Rusiya vassalı olan başqa bir hakimiyyət əvəz edəcəksə təbii ki, bu regionda dövlətlərin inkişafdan saxlayan konflikt situasiyası yenə davam edəcək.” -Arif Hacılı bildirib.

 

Qeyd edək ki, Serj Sarkisyan aprelin 17-də  parlamentdə keçirilən səsvermədə Baş Nazir seçilib. Bundan sonra Ermənistanda siyasi vəziyyət gərginləşib. Dünən ordu xalqın tərəfinə keçib. bundan sonra Sarkisyan istefa verməyə məcbur olub.

 

Bastainfo.com