Karapetyan görüşə gəlmədi, Pashinyan etirazları bərpa edir

Ermənistanın müxalifət lideri Nikol Pashinyan antihökumət etirazlarını bərpa edəcəyini deyir. Səbəb baş nazir vəzifəsini icra edən Karen Karapetyanın onunla görüşdən imtina etməsidir.

Pashinyan mayın 1-də böyük nümayiş çağırıb. Həmin gün parlament yeni baş nazir seçməlidir.

Karapetyanla görüşdə bircə məsələsinin – hakimiyyətin dinc transferinin müzakirə olunacağı bildirilirdi və Pashinyan təkid edirdi ki, görüş medianın iştirakıyla keçirilsin, canlı yayımlansın.

Ancaq Karapetyanın sözçüsü deyib ki, “baş nazir vəzifəsini icra edən ancaq bir nəfərin gündəmini diktə etdiyi, digərinin bunu edə bilmədiyi danışıqların danışıq olmamasına inanır”.

Bundan başqa, Karen Karapetyan hələ də inanır ki, media qarşısında danışıq aparmaq məqsədin nəticə əldə etmək olmadığını göstərir”, – sözçü Aram Araratyan Facebook-da yazıb.

Karapetyan Marriott otelinə gəlməyincə, Pashinyan mediaya deyib ki, müxalifət nümayişləri davam etdirəcək: “Mayın 1-də – yeni baş nazir seçilən gün yüzminlərlə adam küçələrə çıxacaq”.

***

Ermənistanın müxalifət lideri Nikol Pashinyan hakim Respublikaçı Partiyasına (HHK) hər hansı güzəştə gedilməyəcəyini bəyan edib. O, baş nazir postuna yeganə qanuni namizəd olduğunu iddia edib. Pashinyan ölkə prezidenti Armen Sarkisyan-la görüşərək mövcud siyasi böhrandan çıxış yollarını müzakirə etdiyini deyir.

Serzh Sarkisyan aprelin 23-də istefa verib və gələn həftə – mayın 1-də ölkənin yeni baş nazirinin seçiləcəyi bildirilib. 

Bu gün – aprelin 27-də Pashinyan baş nazir vəzifəsini icra edən Karen Karapetyanı Yerevanın Marriott otelində günortaya görüşə dəvət edib.

Ermənistanın əsas müttəfiqi və iqtisadi tərəfdaşı olan Rusiya isə böhranın çevik həllinə çağırıb.

PARLAMENT SEÇKİSİNİN NƏTİCƏSİNƏ UYĞUN

Prezident Armen Sarkisyan AzadlıqRadiosu-nun erməni xidmətinə müsahibəsində deyib ki, heç bir namizədi dəstəkləmir, ancaq son hərəkətlər ölkənin “nəhəng baxışlar spektri”nin olduğu “yeni Ermənistan” yolunda olduğunu göstərir.

Ermənistan İnqilab Federasiyası, Dashnaktsutyun hakim koalisiyadan çıxdıqdan sonra bir neçə deputatı Pashinyana və küçə etirazlarına dəstək ifadə edib. Dashnaktsutyundan üç nazir və iki region qubernatoru aprelin 26-da istefa verib.

Rusiya duruma müdaxilə etməyəcəyini bildirib. Ancaq Kremlin aprelin 26-da yaydığı bəyanatda bildirilir ki, prezident Vladimir Putin Karapetyana telefon zəngində siyasi böhranın ötən ilki parlament seçkisinin nəticəsini əks etdirəcək şəkildə həllinə çağırıb.

Ermənistandakı böhranın yalnız hüquqi müstəvidə, mövcud konstitusiya çərçivəsində, 2017-ci ilin aprelindəki parlament seçkilərinin nəticələri əsasında həllini tapmalı olduğu vurğulanıb”, – Kreml bildirib.

Bəyanata görə, Putin parlamentdə mayın 1-nə təyin olunmuş baş nazir seçkisinin vacibliyini də vurğulayıb.

“DEMOKRATİK PROSESƏ DOĞRU”

HHK-dan iki aparıcı rəsmi – xarici işlər nazirinin vəzifəsini icra edən Edward Nalbandyan və baş nazirin müavini vəzifəsini icra edən Armen Gevorgyan daha öncə Moskvada görüşlər keçiriblər. Rusiyanın Xarici İşlər Nazirliyi Nalbandian-ın rusiyalı həmkarı Sergey Lavrov-la görüşdüyünü açıqlayıb.

Armen Sarkisyan isə AzadlıqRadiosu-na müsahibəsində deyib ki, “bu müzakirənin nəticəsi… parlamentdə yeni baş nazirin, daha sonra yeni hökumətin seçilməsiylə həllini tapacaq. Parlament yaxın gələcəkdə yeni seçki keçirilməsinə də səs verə bilər”.

Ermənistanda baş verənlər… demokratik prosesə doğru getdiyimizi göstərir”, – Sarkisyan deyib.

Bunu düzgün idarə etsək, nümayişlərdə qaldırılan bütün problemlər konstitusiyaya uyğun və parlament daxilində həllini tapacaq. O zaman hamımız fəxrlə deyə bilərik ki, Ermənistanı əsl demokratik ölkəyə çevirmək yolundayıq”, – prezident sözlərinə əlavə edib.

Son etirazlara Serj Sarkisyan-ın 10 il prezident postunda qalandan sonra baş nazirliyə keçməsi səbəb olub. Üstəlik, son konstitusiya dəyişiklikləri ilə prezidentin səlahiyyətləri məhdudlaşdırılıb, baş nazirinki gücləndirili