Arif Hacılı Bolqarısanda ALDE-nin toplantısında iştirak edib

Müsavat başqanı Arif Hacılı Avropa Liberal Demokrat İttifaqının (ALDE) Bolqarıstan paytaxtı Sofiyada keçirilən növbəti toplantısında iştirak edib.

“Təşkilatın yeni manifesti, demokratik dəyərlərin yayılması və möhkəmlənməsi, avtoritar rejimlərin mövcud olduğu ölkələrdə azadlıq uğrunda mübarizə aparan qüvvələrə dəstək veriməsi və digər məsələlər müzakirə olunur” – Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

“Burada köhnə dostlar, ALDE prezidenti Hans Van Baalen, vitse prezidentlər, Avropa Parlamenti üzvləri İlhan Kiçik, Prtras Austrevicius, Bolqarıstanın əsas siyasi təşkilatlarından biri olan Hüquq və Azadlıqlar Hərəkatının sədri Mustafa Karaday, Cənubi Qafqaz, Moldova, Ukrayna, Almaniya, Hollandiya, Danimarka və başqa ölkələrdən olan siyasi partiya rəhbərləri, dövlət xadimləri, Avropa Parlamenti üzvləri ilə görüşlərimiz, kluar söhbətlərimiz oldu.
Azərbaycanda demokratik dəyişikliklərin olacağına böyük ümidlər və gözləntilər var. Məncə keçirdiyimiz görüşlər, aparılan müzakirələr maraqlı və faydalı oldu”, – Arif Hacılı bildirib.

Bastainfo.com