Cümhuriyyət 100: Açıq şahmat turnirində liderlər dəyişdi

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan aşıq şahmat turnirində 4-cü və 5-ci turların oyunları keçirilib.

Qeyd edək ki, turnir Müsavat Partiyasının təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilir.

Turnirin təşkilat komitəsinin sədri Mustafa Hacıbəylinin bildirdiyinə görə, bitərəflərin, Müsavat, VHP və Real Partiyası üzvlərinin iştirak etdiyi yarış qızğın rəqabət şaraitində keçir.

3-cü turdan sonra cədvələ başçılıq edən Sübhan HəsənliKamil Rüstəmxanlı son iki turda xal itiriblər. Nəticədə 4-cü və 5-ci turlarda qələbə qazanan Ramis Bağırov Emin Kazımov önə keçiblər. Digər iştirakçılar onları daban dabana izləyir.

29 nəfərin iştirak etdiyi turnirdə 5-ci turdan sonra yarış cədvəlinin yuxarı hissəsi belədir:

6-cı tur bazar günü saat 15:00-da keçiriləcək və bu şahmatçılar qarşılaşacaq:

 

Bastainfo.com