Bakıda “Trump Tower” bir gündə iki dəfə yandı – Yenilənib

Eyni binada bir gündə iki dəfə yanğın olub

Keşmiş Trump Tower kimi tanına çoxmərtəbəli binada (hazırda istismar olunmur) yenidən yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirib.

Sosial şəbəkələrdə yayılan videolarda görünür ki, ikinci dəfə alovlanan binada yanğın sahəsi daha böyükdür. Alov binanın bütün mərtəbələrini bürüyüb.

***

Bakıda əvvəllər “Tramp Tower” adını daşıyan binada yanğın aşağı mərtəbələrə keçib.

Bu barədə Oxu.Az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

Hadisə yerinə 6 yanğınsöndürən briqada cəlb olunub.

Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da gəlib.

12:59

Bakıda əvvəllər “Trump Tower” adını daşıyan binada yanğın başlayıb.

Oxu.Az-ın xəbərinə görə, yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

12:44

Bakıda “Trump Tower” binasında yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, tüstülənmə binanın üst mərtəbəsində qeydə alınıb.

Bildirilir ki, hadisə yerinə  hələlik yanğınsöndürənlər gəlməyib.