Orduxan Teymurxanın bacısı oğlu saxlanılıb

Avropada yaşayan mühacir Orduxan Teymurxan Babirovun bacısı oğlunun həbs olunduğu bildirilir.  

Orduxan Teymurxan Babirov bu barədə özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, bu gün saat 13:00 radələrində bacısı oğlu BDU-nun tələbəsi Tural Vəli oğlu Əliyevi oğurlayaraq bandoteldə saxlayıb, daha sonra Binəqədi təcridxanasına aparıblar.

Tural Əliyevə 2 ay müddətinə həbs tədbiri görüldüyü deyilir.

Qeyd edək ki, bu ilin fevral ayında O. Babirovun Bakıda yaşayan yaxın qohumları Səbuhi Zeynalov və Tural Əliyevin hər birinə 30 sutka inzibati həbs cəzası kəsilmişdi.

Ondan öncə Orduxan Babirovyb digər qohumlarının da polis bölməsində saxlanılmışdı.

 

Bastainfo.com