Şimali Koreya nüvə poliqonunu bağlayır

Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen İn Cənubi Koreya həmkarı Mun Çje İnlə danışıqlar zamanı  Püngeridə yerləşən nüvə poliqonunun ləğv edilməsi barədə vəd verib. Bu barədə “Yonhap” agentliyi məlumat verir.

Kim bildirib ki, nüvə poliqonunun demontajı may ayında başlayacaq. Bu proses açıq şəkildə baş tutacaq – bir sıra ölkələrdən ekspertlər və jurnalistlər dəvət olunacaq. “Bəziləri deyir ki, poliqondakı qurğular işləmir, amma siz görəcəksiniz ki, onlar yaxşı vəziyyətdədir”, – Şimali Koreya liderinin mətbuat katibi Mun İon Yon-Çan danışıqların nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Aprelin 25-də Çin mətbuatı məlumat yayıb ki, Şimali Koreyanın dağlarda yerləşən nüvə poliqonu dağılıb, bununla da Cənubi Koreya radiasiya təhlükəsi qarşısında qalıb. Müşahidəçilərin fikrinə görə, bu, Şimali Koreya liderinin raket və nüvə sınağının dondurulması və ölkənin şimalında raket-sınaq sahəsinin bağlanması ilə bağlı bəyanatının səbəbi ola bilər.

Bir qədər əvvəl xəbər verilmişdi ki, Pxenyanın nüvə sınaqlarının dayandırılması qərarı ABŞ-ın sanksiyalarının qarşısını almaq məqsədi güdür.

Aprelin 27-də iki Koreya  lideri tarixdə ilk zirvə toplantısı keçirib. Dövlət başçıları birgə bəyannamə imzalayaraq Koreya yarımadasının tamamilə silahsızlaşdırılmasına doğru hərəkət etməyə razılaşıblar.

Heybət Əmrah

Bastainfo.com